Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyədə kütləvi zəhərlənmə



Türkiyədə kütləvi zəhərlənmə olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Ordu vilayətində qeydə alınıb.

Məlumata görə, Orduda tekstil fabrikində çalışan 21 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.


Belə ki, Ordunun Ulubey rayonunda fəaliyyət göstərən tekstil fabrikində çalışan işçilərin bəziləri yeməkdən qısa müddət sonra xəstələnib.

Məlumatdan sonra əraziyə polis və 112 Təcili Tibbi Yardım qrupları göndərilib.

Şəhərdəki müxtəlif xəstəxanalara aparılan 21 işçi qida zəhərlənməsi şübhəsi ilə müalicə olunub.

Arzu
Xəbəri paylaş