
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək ona məxsus kafedən 600 manatın talandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M. Qədirli və V. Nəsirov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Şeyda












































