Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikada 60 il sonra yeni bir virus peyda oldu

Amerikada 60 il sonra yeni bir virus peyda oldu


ABŞ-da 60 ildən sonra ilk dəfə bir heyvanda ət yeyən parazit aşkar edilib.

Newscenter.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, 1966-cı ildən bəri ilk dəfə ölkədə bir heyvanda ət yeyən parazit olan Yeni Dünya Vintqurmunun (NWS) aşkarlandığı müəyyən edilib. Son bir ildir Meksikada yayılan parazit Texasda üç həftəlik buzovun göbək bağında tapılıb.

Hadisə ABŞ-Meksika sərhədindən təxminən 48 kilometr məsafədə yerləşən La Prayor şəhərində qeydə alınıb.

Federal və ştat rəsmiləri ən çox yayılmış yoluxma yolunun yoluxmuş heyvanlar vasitəsilə olduğunu və parazitin yayılmasının qarşısını almaq üçün təsirlənmiş ərazidə 20 kilometrlik aşkarlama və karantin zonası yaradıldığını bildiriblər.

Arzu
Xəbəri paylaş