Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtobuslarda gediş haqqının ödənilməsi proseduru dəyişir -ÖZBƏKİSTANDA

Avtobuslarda gediş haqqının ödənilməsi proseduru dəyişir


Özbəkistanda avtobuslarda ödəniş qaydası dəyişəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu, hökumətin "Şəhər sərnişin daşımaları sisteminin daha da təkmilləşdirilməsi üçün əlavə tədbirlər haqqında" qərarında müəyyən edilib.

Qərara əsasən, 1 sentyabr 2026-cı il tarixindən etibarən ümumi müqavilə əsasında təşkil edilən müntəzəm şəhər avtobus marşrutlarında sərnişinlər avtobusa minərkən gediş haqqını ödəməlidirlər.

Ödəniş validatorlar vasitəsilə həyata keçiriləcək. Sərnişin nəqliyyat kartını validatora toxunduraraq gediş haqqını təsdiqləyə bilər. Həmçinin bank kartı, smartfon və digər təmassız elektron ödəniş üsulları - NFC, QR, biometrik ödəniş və hazırda tətbiq olunan digər texnologiyalardan istifadə etməklə ödəniş etmək mümkün olacaq.

Güzəştli və ya pulsuz səyahət hüququ olan sərnişinlər də sosial və ya nəqliyyat kartlarını validatora toxunduraraq hüquqlarını təsdiqləməlidirlər.

Qərar həmçinin paytaxt və şəhərətrafı dəmir yolu xidmətlərində ictimai nəqliyyat üçün vahid ödəniş sisteminin tətbiqini nəzərdə tutur. Nəqliyyat Nazirliyindən müvafiq departamentlərlə birlikdə 1 sentyabr tarixinə qədər “elektrik qatarı - avtobus” və “elektrik qatarı - metro” tarif planlarını hazırlaması tələb olunur.

Süleyman
Xəbəri paylaş