
"2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi Azərbaycanın beynəlxalq enerji məkanında artan nüfuzunu bir daha nümayiş etdirdi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin enerji sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs etmiş, Azərbaycanın beynəlxalq enerji bazarında möhkəmlənən mövqeyini və strateji tərəfdaşlıqlarını diqqətə çatdırmışdır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Günay Nəsrəddinova deyib. Onun sözlərinə görə, ölkə başçısı vurğulamışdır ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir:
"Son illər ərzində ölkəmizdən təbii qaz idxal edən dövlətlərin sayının əhəmiyyətli dərəcədə artması Azərbaycanın enerji sahəsində qazandığı uğurların və beynəlxalq etimadın bariz göstəricisidir. Prezident İlham Əliyev qeyd etmişdir ki, həyata keçirilən strateji layihələr, xüsusilə Cənub Qaz Dəhlizi, Avropanın enerji təminatında mühüm əhəmiyyət kəsb edir və gələcəkdə bu marşrut vasitəsilə qaz alan ölkələrin sayı daha da artacaqdır".
Aygün












































