Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb

Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb


Bu ilin may ayında Bakı Beynəlxalq Dəniz Limanında 812 min 165 tondan çox yük aşırılıb.

Bu barədə Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77 min 543 ton və ya 11 % çoxdur.

Bundan başqa, yanvar-may aylarında limanda aşırılmış TEU konteyner yükü isə 50 min 50 TEU-nu keçərək keçən ilin 5 ayı ilə müqayisədə 3 858 TEU və ya 9 % çox olub.

Süleyman
Xəbəri paylaş