
Gələn il Özbəkistanın paytaxtında Daşkənd İnvestisiya Forumum keçiriləcək.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunu prezident Şavkat Mirziyoyev deyib. O bildirib ki, "Davamlı İnkişaf və Yaşıl İnvestisiyalar" mövzusunda keçiriləcək forum çərçivəsində "Eco Expo Central Asia" beynəlxalq sərgi də təşkil olunacaq.
Forumda hər bir region yaşıl investisiyaları cəlb etmək üçün ən azı 100 perspektivli layihə hazırlayacaq və investorlara təqdim edəcək.
Prezident deyib ki, Özbəkistan Qlobal Ətraf Mühit Fondunun donor ölkələri sırasına qoşulmağa hazırdır. Fondun Şurasının üzvü olaraq, birgə regional təşəbbüslərə praktik dəstək verməyi və əməkdaşlığı genişləndirməyi hədəfləyirik.
Süleyman












































