Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda kənd təsərrüfatının inkişafına dair görüş keçirilib

İsmayıllıda kənd təsərrüfatının inkişafına dair görüş keçirilib


İsmayıllı rayonunda kənd təsərrüfatının inkişafına dair geniş tərkibli görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı ilə bağlı keçirilmiş müşavirədə verilən tapşırıqların icrasını təmin etmək, eləcə də qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə fermerlər, sahibkarlar və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən əməkdaşlarla görüş təşkil olunmuşdur.

Newscenter.az xəbər verir ki, görüşdə aqrar sektorun inkişaf perspektivləri, kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli və qənaətli istifadə, həmçinin fermerlərə göstərilən dövlət dəstəyi tədbirləri geniş şəkildə müzakirə edilib.

Bildirilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib, ölkədə kənd təsərrüfatının davamlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və regionların sosial-iqtisadi tərəqqisi istiqamətində mühüm nəticələr əldə olunub.

Görüş zamanı fermer və sahibkarların təklifləri dinlənilmiş, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Tədbirin sonunda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran əsas vəzifələr müəyyənləşdirilib, iştirakçılara müvafiq tövsiyələr verilib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş