
Dünya Bankının məlumatına görə, regionumuzda təxminən 37 milyon insan ciddi su qıtlığı olan ərazilərdə yaşayır və 2050-ci ilə qədər bu rəqəm 75 milyona çata bilər.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istindən bildirir ki, bunu prezident Şavkat Mirziyoyev deyib.
O qeyd edib ki, mövcud problemlərin miqyasına baxmayaraq, yeni Özbəkistan ekoloji transformasiyanı yeni inkişaf modeli kimi görür:
"Buna görə də, biz havanın mühafizəsi, biomüxtəliflik, tullantıların idarə olunması, yaşıllaşdırma, ekoloji təhsil və mədəniyyət sahələrini əhatə edən beş milli layihə həyata keçiririk".
Mirziyoyev deyib ki, iqlim dəyişikliyinin yaratdığı səhralaşma, torpaqların deqradasiyası, buzlaqların əriməsi və su qıtlığı Mərkəzi Asiya üçün əsas təhlükə olaraq qalır.
Süleyman












































