
7-8 iyul tarixlərində Ankarada keçiriləcək 36-cı NATO Zirvəsinə hazırlıq çərçivəsində Esenboğa Hava Limanı, zirvə sahəsi, protokol marşrutları və nümayəndə heyətlərinin qalacağı ərazilər ətrafında "qırmızı zona" tətbiq olunacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, zirvə ilə əlaqədar paytaxtda təhlükəsizlik və nəqliyyat tədbirləri ən yüksək səviyyədə olacaq.
Bu çərçivədə, 1-15 iyul tarixləri arasında şəhərdə nümayişlərə və yürüşlərə icazə verilməyəcək.
Zirvə üçün istifadə ediləcək Esenboğa Hava Limanı və Etimesgut Hava Limanına gedən marşrutlar, Prezident Kompleksinin yerləşdiyi Söğütözü məhəlləsi, zirvə iştirakçılarının qalacağı otellərin ətrafındakı ərazilər və tranzit marşrutları qırmızı zonalar kimi təyin ediləcək.
Bu ərazilərə nəqliyyat vasitələrinin və piyadaların girişi nəzarət altına alınacaq. Nümayəndə heyətlərinin qalacağı 15 otelin yerləşdiyi ərazilərdə də təhlükəsizlik tədbirləri artırılacaq.
Zirvə toplantısı zamanı 40.000 polis və jandarma heyəti səfərbər olacaq. Təhlükəsizlik tədbirlərinə mülki polis də dəstək verəcək.
Zirvə boyunca Esenboğa Hava Limanı və ətrafında fövqəladə təhlükəsizlik tədbirləri tətbiq olunacaq. Xaricdən hava limanına uçuşlar məhdudlaşdırılacaq.
Süleyman












































