
Rusiyanın "AvtoVAZ" şirkəti Qazaxıstan və Özbəkistanda "Lada" avtomobillərinin yığılması üçün tərəfdaşlıq layihələrinə başlamaq üzərində işləyir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə şirkətin rəhbəri Maksim Sokolov deyib. Sokolov bildirib ki, şirkət xarici bazarlarda iştirakını genişləndirməyi planlaşdırır.
"AvtoVAZ" 25 ölkənin bazarlarına daxil olmağı, Dubayda ilk diler mərkəzini açmağı və Yəmən və Omana avtomobil tədarük etməyə başlamağı planlaşdırır. Vyetnamdakı tərəfdaşlarla da danışıqlar aparılır",-deyə o bildirib.
Qeyd edək ki, "Lada" avtomobillərinin yığılması təcrübəsi Özbəkistan üçün yeni deyil. 2021-ci ildə "Lada" avtomobillərinin yığılmasına Cizzaxdakı ADM Jizzakh zavodunda başlanılıb. Əvvəlcə "Lada Vesta SW" və "Lada XRAY" modelləri SKD metodu ilə istehsal olunub, daha sonra isə "Lada Largus"un əlavə edilməsi planlaşdırılıb.
Süleyman












































