Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenskinin ofisi Belarusa hücumla bağlı təhdidlər səsləndirib

Zelenskinin ofisi Belarusa hücumla bağlı təhdidlər səsləndirib


Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyak Belarusu hədələyərək, Kiyevin öz ərazisindəki bütün əsas obyektləri məhv etməyə qadir olduğunu iddia edib.

Newscenter.az xəbər verir ki, RBC-Ukrayna bu barədə məlumat yayıb.

"Belarus daxilindəki məsafələri nəzərə alsaq, bütün ərazinin atəş altında olduğuna əmin ola bilərsiniz. Lazım gələrsə, əsas obyektlər məhv ediləcək", - deyə o bildirib.

Podolyak həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı şəxsi təhdidlər edib:

"Sizi xəbərdar edirik. Hərəkət etməzdən əvvəl şəxsi həyatınız da daxil olmaqla nəticələri nəzərə almalısınız".

Aygün
Xəbəri paylaş