Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikanın silah təchizatı olmasaydı Ukrayna döyüşə bilməzdi

Amerikanın silah təchizatı olmasaydı Ukrayna döyüşə bilməzdi


ABŞ-ın silah təchizatı olmasaydı, Ukrayna Rusiya qarşısında bir neçə gündən çox davam gətirə və döyüşə bilməzdi.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri jurnalistlərə bildirib ki, ordumuz və texnikamız olmasaydı, Ukrayna bu gün döyüşmək üçün sağ olmazdı.

ABŞ prezidenti daha sonra əlavə edib:

"Biz onlara yüz milyardlarla dollar dəyərində avadanlıq vermişik və bu, ən yaxşı avadanlıqdır. Biz dünyanın ən yaxşı avadanlıqlarını istehsal edirik. Amma bu avadanlıq olmasaydı, onlar bir-iki gün davam gətirməzdilər".

Aygün
Xəbəri paylaş