Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş katib Azər Allahverənov Özbəkistandan olan dövlət qulluqçuları üçün mühazirə oxuyub

Baş katib Azər Allahverənov Özbəkistandan olan dövlət qulluqçuları üçün mühazirə oxuyub


Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasının MPA proqramı üzrə magistratura təhsili alan dövlət qulluqçuları üçün təşkil etdiyi təlim-tədis proqramı çərçivəsində məruzə ilə çıxış edib.

Newscenter.az xəbər verir ki, “Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması və inkişaf mərhələləri” mövzusunda çıxış edən Azər Allahverənov ölkəmizdə vətəndaş cəmiyyəti institularının inkişaf tarixinə nəzər salıb, ayrı-ayrı dövrə xas xüsusiyyətlərinə diqqət yetirib.

Bildirilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması ölkənin müstəqillik əldə etməsi ilə paralel şəkildə inkişaf etmiş mürəkkəb və çoxşaxəli bir prosesdir. Məhz müstəqillik qazanıldıqdan sonra vaxtilə müəyyən mənada qeyri-rəsmi təsisatlar və təşəbbüs qrupları formatında büruzə verən təşəbbüslər sonrakı mərhələdə institusional formaya keçərək qeyri-hökumət təşkilatları sektorunun və daha geniş mənada vətəndaş cəmiyyətinin formalaşmasına və bu əsasda daha da inkişaf etməsinə gətirib çıxardı.

Süleyman
Xəbəri paylaş