Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin lideri Şimali Koreyaya gedir

Çin lideri Şimali Koreyaya gedir


Çin Xalq Respublikasının sədri Si Cinpin 8-9 iyun tarixlərində Şimali Koreyaya dövlət səfəri edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Agentlik Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin sözçüsünün açıqlamasına istinadən bildirir ki, səfərə hazırlıqlar başa çatmaq üzrədir.

Səfər Koreya Əmək Partiyasının baş katibi və Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə sədri Kim Çen Inın dəvəti ilə baş tutacaq. Səfər zamanı iki ölkə liderinin görüşü, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparacağı nəzərdə tutulur.

Arzu
Xəbəri paylaş