
"Bu gün dövlət qulluğuna qəbul zamanı keçirilən test imtahanları zamanı namizədlər yüksək nəticə göstərib sertifikat əldə etsələr də, lakin ondan sonrakı müddətdə onlar iş tapmaqda çətinlik çəkirlər. Konkret olaraq dəfələrlə müsahibə mərhələsindən keçə bilmirlər. Bu zaman sual olunur ki, namizəd test imtahanından yüksək nəticə göstərdiyi halda, müsahibədən niyə keçə bilmir. Hesab edirəm ki, bu mərhələdə subyektivlik amili əsas rol oynayır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Razı Nurullayev deyib. Millət vəkili bildirib ki, bu tendensiya dövlət qulluğuna inamı sarsıldır:
"Ona görə də təklif edirəm ki, qanunvericilikdə müəyyən dəyişikliklər edilsin və test imtahanlarından yüksək bal toplayan namizədlər sertifikat aldıqları müddətdən keçən 6 ay ərzində müvafiq işlə təmin olunsunlar. Yaxud həmin namizədlər vakansiya elan edilmiş vəzifələrə yerləşdirilsinlər".
Süleyman












































