
Dünyanın bir çox ölkələri Azərbaycan Silahlı Qüvvələrinin Vətən Muharibəsində əldə etdiyi təcrübə və nailiyyətlərdən geniş istifadə etməyə başlayıb. Pilotsuz vasitələrin geniş tətbiqi artıq klassik müharibə modelini arxa plana keçirib.
Ölkələr həm quruda, həm dənizdə pilotsuz vasitələrin tətbiqinə üstünlük verməyə başlayır. Aviadaşıyıcılar və onların üzərindəki 5-ci nəsil qırıcıların əldə edilməsi və onların daim döyüşə hazır vəziyyətdə saxlanılması çox böyük maliyyə resursları tələb edir. Bunun əvəzinə Türkiyənin istehsal etdiyi ANADOLU gəmisi və onun üzərində yerləşdirilən pilotsuz "Bayraktar' TB3 dronları bir çox ölkələr tərəfindən yeni konsept olaraq qəbul edilməyə başlayıb. Türkiyə konseptini ilk tətbiq etmətə başlayan m ölkə İtaliyadır.
ABŞ ilə gərginləşən münasibətlər fonunda
İtaliya özünün desant hücum gəmisi olan ITS "Trieste" üçün F-35 qırıcıları almaqdan imtina edib. Əvəzində isə İtaliya "Bayraktar" TB3 PUA-ları almağa qərar verib. Məlumatı İtaliya Hərbi Dəniz Qüvvələri Komandanlığı da təsdiqləyib. Halbuki İtaliya özü də hərbi aviasiya vasitələri istehsal və ixrac edən azsaylı ölkələrdən biridir. Əgər NATO və Aİ üzvü olan və özü hərbi aviasiya vasitələri istehsal edən İtaliya, 5-ci nəsil ABŞ qırıcılarını Almaniya, Fransa və ya Britaniya kimi ölkələrin vasitələri ilə deyil, məhz Türkiyə PUA-ları ilə əvəz edirsə, deməli daha yaxşı alternativ tapa bilməyib.
Aviasiya vasitələrinin uzun onilliklər boyu istehsalçısı və ixracatçısı olan NATO ölkəsinə dəniz döyüşünün yeni konsepti ilə bərabər zərbə tipli turk PUA-larının satilması həm Bayraktar qardaşlarının, həm Türkiyənin, həm də bütün türk dünyasının böyük bir uğurudur.
Türkiyə ilə bərabər Azərbaycan da İtaliya ilə bir çox sahələrdə, xüsusilə də hərbi-texniki sahədə yaxından əməkdaşlıq edir. Azərbaycan iki il əvvəl İtaliyadan C-27J "Spartan" taktiki nəqliyyat təyyarələri də əldə edib. Bu təyyarələr Türkiyənin BAYKAR şirkəti ilə ortaq olan "Leonardo" kompaniyasının istehsalıdır, mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərkən özünü beynəlxalq təcrübədə doğruldub.
Hələ 2018-ci ildə İtaliyanın müdafiə sənayesinin ən nəhəng şirkəti olan "Leonardo"-nun nümayəndəsi ilə Bakıda görüşdə Azərbaycan-Türkiyə-İtaliya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını müzakirə etmisdik. 8 il əvvəlki müzakirələr indi isə reallığa çevrilib.
Vaxtilə Azərbaycan və Türkiyə İtaliyadan hərbi təyinatlı məhsullar alırdı, indi isə İtaliya Türkiyədən dəniz hücum vasitəsi, Azərbaycandan isə son nəsil müharibə modelini idxal edir. Belə bir geniş miqyaslı əməkdaşlıq formatı isə Türkiyə və Azərbaycan ilə dost və müttəfiq İtaliya arasındakı münasibətlərin geniş perspektivlərini indidən proqnozlaşdırmağa imkan verir.
Ədalət Verdiyev, hərbi ekspert












































