Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Goranboy rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri cinayət məsuliyyətinə cəlb olunub

Goranboy rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri cinayət məsuliyyətinə cəlb olunub


Goranboy rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib.

Newscenter.az xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, Qənbərli Şaiq Akif oğlu aralarında ədavəti olduğu Goranboy rayon sakininin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb və həmin videonu onun yaxın ətrafına göndərib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri ilə videonu gizlicə çəkənin Şaiq Qənbərli olduğu müəyyən olunub və o istintaqa cəlb edilib.

Qeyd edək ki, Şaiq Qənbərli daha əvvəllər evli qadını q*çırması ilə bağlı gündəmə gəlib.
Xəbəri paylaş