
Moldova Mədəniyyət Nazirliyi təhlükəsizlik xidmətləri ilə birlikdə ölkədə çıxışlarına qadağa qoyulacaq rusiyalı sənətçilərin siyahısını hazırlayır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə nazirliyin rəhbəri Kristian Jardan bildirib.
“Bu proses təxminən iki ay əvvəl başlayıb. Başa düşürəm ki, gecdir. 2022-ci ildə başlamalı idi. Sənətçilərin siyahısı tərtib olunur. Əgər sənətçi tövsiyə almasa, ölkəyə daxil ola bilməyəcək, çünki təsdiq, digər məsələlərlə yanaşı, İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən verilir”, - deyə nazir bildirib.
O qeyd edib ki, əvvəllər rusiyalı sənətçilərdən konsertlər üçün təxminən 50 sorğu daxil olub və onların yarısından çoxu rədd edilib.
Qeyd edək ki, indiyə qədər Moldova hakimiyyəti tərəfindən qadağan edilənlər arasında Leonid Aqutin, Basta, t.A.T.u. qrupu, DJ Smash, "Ruki Vverh!", Guf, Eqor Krid, Aleksandr Serov, Lyusya Çebotina, Dmitri Malikov, İqor Nikolaev, İrina Kruq və Sergey Şnurov da var.
Aygün
.












































