
NATO ölkələri İrana qarşı müharibədə Amerika ordusunu dəstəkləməli idilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ABŞ-ın Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üçün Avropa NATO müttəfiqlərindən köməyə ehtiyacı olub-olmadığı sualına Tramp cavab olaraq bildirib ki, ABŞ onsuz da onlara kömək etmək şansı verib. Lakin onlar kömək etməməyi seçiblər.
"Biz NATO ölkələrinə və açığı, bir sıra digər ölkələrə müraciət etdik və deməzdim ki, biz təzyiq göstəririk. Mən dedim ki, əgər kömək etmək istəyirsinizsə, bu, əla olardı. Onlar hamısı bizi rədd etdilər", - deyə Amerika lideri vurğulayıb.
Arzu












































