
"Bir sıra hallarda sürücülərə qarşı sürücülük hüququndan məhrum etmə qərarı, onlar üçün tətbiq edilən 20 bal ədalətli olmur. Təklif edərdim ki, sürücülük hüququndan məhrumetmə balı 20-dən 40, yaxud 50 bala qaldırılsın. Yaxud ciddi qayda pozuntusu olmadığı halda həmin sürücülər müəyyən cərimələrlə cəzalandırılsın, onlar sürücülük hüququndan məhrum edilməsin".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Naqif Həmzəyev səsləndirib. Onun sözlərinə görə, elə vətəndaşlar var ki, ailəsini, həyat şəraitini, gündəlik dolanışığını yalnız sürücülüklə təmin edir:
"Onun çox ciddi qayda pozuntusu olmadığı halda sürücülük hüququndan məhrum edilməsi isə bir insanın, hətta ailənin sosial durumunun ağırlaşması deməkdir".
Naqif Həmzəyev deyib ki, bu problem təkcə paytaxt Bakıda deyil, eləcə də bölgələrdə, deputat seçildiyi Gəncə şəhərində də mövcuddur.
Süleyman












































