
Türkiyədə sərnişin təyyarəsində yanğın təhlükəsi yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Esenboğa Hava Limanında qeydə alınıb. Məlumata görə, havaya qalxmağa hazırlaşan sərnişin təyyarəsi salondakı portativ şarj cihazının alovlanması səbəbindən təxliyə edilib.
Təyyarə uçuş-enmə zolağına doğru hərəkət edərkən sərnişin T.T.-nin əl yükündəki portativ şarj cihazından tüstü çıxmağa başlayıb. Dərhal pilot Esenboğa Hava Hərəkətinin İdarə Edilməsi Qülləsi ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumat verib.
Cihazdakı kiçik yanğın tez bir zamanda söndürülüb. Bu müddət ərzində təyyarədəki sərnişinlər təxliyə edilib.
Polis qrupları araşdırmaya başlayıb və sərnişin T.T. saxlanılıb.
Süleyman












































