Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətin vəzifəsi sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratmaqdır

Dövlətin vəzifəsi sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratmaqdır


"Türkiyənin aparıcı sənaye və biznes qurumlarından biri olan Koç Holdinqin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər özəl sektorun dövlət və cəmiyyət həyatındakı strateji rolunu bir daha nümayiş etdirdi. Bir əsrlik fəaliyyət yolu göstərir ki, güclü dövlət yalnız güclü siyasi institutlarla deyil, həm də güclü milli şirkətlərlə formalaşır".

Newscenter.az xəbər verir ki, bunları hüquq elmləri doktoru Səftər Rəhimli deyib. Onun sözlərinə görə, dövlətin vəzifəsi sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratmaq, yeni yaranan müəssisələri, innovativ təşəbbüsləri və uğurlu gəncləri dəstəkləməkdir. İş dünyası təkcə iqtisadi deyil, eyni zamanda mədəniyyət, elm, sosial məsuliyyət və milli inkişaf platformasına çevrilməlidir:

"Sağlam rəqabət mühiti isə həm dövlətin, həm də biznesin uzunmüddətli uğurunun əsas şərtidir".

Səftər Rəhimlinin qənaətincə, Koç Holdinqin 100 illik təcrübəsi göstərir ki, milli kapitalın güclənməsi ölkənin beynəlxalq nüfuzunu və iqtisadi müstəqilliyini artırır:

"Arzum budur ki, Azərbaycanda da belə uzunömürlü, qlobal miqyasda rəqabətqabiliyyətli holdinqlər formalaşsın, dövlət-biznes əməkdaşlığı daha da möhkəmlənsin və özəl sektor milli inkişafın aparıcı qüvvələrindən birinə çevrilsin.
Koç Holdinqi 100 illik yubileyi münasibətilə təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayırıq".

Süleyman
Xəbəri paylaş