
"Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün Respublika meydanında müxalifətə və Rusiyaya izdihamlı mitinqi ilə dərs verdi".
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib, O bildirib ki, öten gün Yerevanın əsas meydanında erməni xalqı Rusiyaya get və sülhə səs verəcəyi mesajını verdi:
"Müxalifət bu qədər izdihamlı mitinq keçirə bilməyib. Bununla N. Paşinyanın nə qədər güclü mövqeyə sahib olduğunu göstərir. Artıq S. Karapetyan, R.Kocaryan məğlubiyyətlərini qəbul ediblər. Onların seçkidən sonra təxribatları həbsləri ilə nəticələnə bilər".
"Sabah Ermənistan və Cənubi Qafqaz üçün mühüm siyasi hadisə olacaq. Rusiyanın birdəfəlik getməsi üçün ciddi addımlar lazımdır. Gürcüstanda Rusiya yönümlü hakimiyyətin də sonu çatacaq",-deyə Əsədullazadə bildirib.
Süleyman












































