Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi Avropa ölkələri Aİ-nin Rusiya ilə əlaqələrindən narazıdırlar

Bəzi Avropa ölkələri Aİ-nin Rusiya ilə əlaqələrindən narazıdırlar


Avropa Şurasının prezidenti António Kostanın Rusiya ilə təmasları bəzi Avropa hökumətlərinin mənfi reaksiyasına səbəb olub.

Newscenter.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Nəşrin məlumatına görə, Brüsseldə keçirilən Aİ sammitində bir çox Avropa liderinin Moskva ilə əlaqələrdən xəbərsiz olduğu məlum olub.

Avropa Şurası sədrinin komandası Rusiya ilə danışıqlar barədə əvvəlcədən Böyük Britaniya, Almaniya, Fransa və Avropa Komissiyasını məlumatlandırıb. Digər mənbə isə Berlinə əvvəlcədən xəbərdarlıq edilmədiyini iddia edir.

"Politico"nun məlumatına görə, bəzi Avropa liderləri əlaqələrdən yalnız mediada yayılan xəbərlərdən sonra xəbər tutublar və Baltikyanı ölkələr Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdindən qəzəbləniblər.

Aygün
Xəbəri paylaş