Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü keçiriləcək

Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü keçiriləcək


5 iyulda Azərbaycan Dəmiryol Muzeyində ölkəmizin dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə “Açıq qapı” günü keçiriləcək.

Newscenter.az ADY-yə istinadən bildirir ki, ziyarətçilər elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin kolleksiyası ilə də tanış ola biləcəklər.

"Sizi dəmir yollarımızın qocaman tarixinə səyahətə, keçmişlə bu günü birləşdirən tərəqqi yolunu birlikdə kəşf etməyə dəvət edirik",-deyə məlumatda bildirilir.

Giriş sərbəstdir.

Süleyman
Xəbəri paylaş