Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Şuşadan hansı mesajları verdi?

Prezident Şuşadan hansı mesajları verdi?


Şuşada keçirilən 4-cü Qlobal Media Forumunda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı və çıxışı zamanı bir neçə əsas siyasi və geosiyasi mesajı, ön plana çəkməsi, Forum iştirakçıları tərəfindən diqqət mərkəzində saxlanılıb. İlham Əliyev, Azərbaycan -Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün imkanların mövcud olduğunu, dedi.

Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Azərbaycan üzərindən keçən Orta Dəhlizin əhəmiyyətinin daha da artmasına və nəqliyyat və Orta Dəhlizin xüsusilə inkişafı üçün sərmayə qoyuluşuna davam edəcəyini, vurğuladı.
Azərbaycanın enerji siyasəti çərçivəsində prezident Əliyev, Avropaya qaz ixracının artırılması üçün uzunmüddətli perspektivdə müqavilələrin bağlanmasının vacibliyini qeyd etdi. Onun fikrincə belə zəmanətlər mütləq lazımdır, çünki, hasilatın artırılması iqtisadi baxımdan xərclərin artırılması deməkdir və riskli hesab olunur.

Əlbəttə ki , Avropa Şurası ilə bağlı verdiyi açıqlama yer alıb. Azərbaycan -Avropa Şurası arasında son vaxtlar baş verənlər və prezidentin Avropa Sırasındakı vəziyyətə toxunaraq , ölkənin təşkilatı tərk etməsi ehtimalının nəzərdən keçirildiyini bildirdi.

Forumun əsas mövzusu olan medianın inkişafı və cəmiyyət arasında rolu haqqında danışarkən bəzi qeydlər etdi. Dezinformasiya ilə mübarizə , həqiqətin qorunması və etimadın bərpasında medianın məsuliyyətini xüsusi olaraq diqqət mərkəzinə gətirdi.

Bu mesajlar Şuşa Forumunda əsas yadda qalan mesajlar oldu və hesab edirəm ki, bu mesajlar informasiya təhlükəsizliyi və medianın qlobal münaqişələrdəki rolunun nə qədər önəmli olduğunu göstərir.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş