
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirilən görüşdən sonra verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirdi".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Nizami Səfərov deyib. Millət vəkili qeyd edib ki, ölkələrimiz arasında siyasi dialoq, qarşılıqlı etimad və müxtəlif sahələr üzrə əməkdaşlıq ardıcıl şəkildə genişlənməkdədir:
"Qarşılıqlı səfərlər və yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin yeni məzmunla zənginləşməsinə mühüm töhfə verir.
Slovakiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində də iştirak edir. Ağdam rayonunun Baş Qərvənd kəndində “Ağıllı kənd” layihəsinin Slovakiya şirkəti tərəfindən icrası bunun bariz nümunəsidir. Bu əməkdaşlıq Qarabağın dirçəldilməsi istiqamətində beynəlxalq tərəfdaşlığın əhəmiyyətini bir daha göstərir".
Nizami Səfərov, "Əminliklə demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan–Slovakiya əlaqələri bundan sonra da bütün istiqamətlər üzrə inkişaf edəcək, dostluq və tərəfdaşlıq münasibətləri daha da möhkəmlənəcək",-deyə vurğulayıb.
Süleyman













































