
Azərbaycan və Slovakiya arasındakı münasibətlər son illərdə olduqca səmimi və məhsuldar bir məcraya düşüb. Artıq bu əlaqələr sadəcə iki ölkə arasındakı rəsmi münasibətlərdən çıxaraq, Avropa İttifaqı çərçivəsində uğurlu strateji tərəfdaşlıq modellərindən birinə çevrilməkdədir. İki paytaxt arasında tez-tez baş tutan qarşılıqlı səfərlər və keçirilən səmimi dialoqlar bunun ən bariz göstəricisidir.
Diplomatik təmasların canlanması üçün 2019-cu il xüsusilə yadda qalan oldu; həmin vaxt Slovakiyanın Bakıda səfirliyinin açılması əməkdaşlığımız üçün yeni qapılar açdı. Ardınca, 2023-cü ilin iyulunda Azərbaycanın Bratislavada öz diplomatik korpusunu formalaşdırması bu dostluğun artıq daha möhkəm təməllər üzərində qurulduğunu sübut etdi. İndi iki ölkə bir-birini həm siyasi, həm də iqtisadi müstəvidə yaxın dost və etibarlı tərəfdaş kimi görür.
Vurğulamaq lazımdır ki, bu yüksək səviyyəli əməkdaşlığın növbəti mərhələsi isə iyulun 14-də tarixi Şuşa şəhərində öz əksini tapdı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini geniş ictimaiyyətə və mətbuata birgə bəyanatlarla çıxış edərək, iki dövlətin gələcək strateji baxışlarını və dostluq əlaqələrinin yeni hədəflərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdılar.
Nəticə etibarilə bildirmək istərdim ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına mühüm təkan verəcəkdir. Səfər zamanı aparılan müzakirələr və əldə olunan razılaşmalar siyasi dialoqun genişlənməsi, iqtisadi əlaqələrin dərinləşməsi, baxımından xüsusi əhəmiyyət daşıyır. Əminliklə demək olar ki, qarşılıqlı etimada və ortaq maraqlara söykənən bu tərəfdaşlıq gələcək dövrdə daha uğurlu nəticələr verəcək, həm Azərbaycan, həm də Slovakiya üçün yeni əməkdaşlıq imkanları yaradacaq.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı











































