Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Enerji içkiləri bir ildə 20% bahalaşıb

Enerji içkiləri bir ildə 20% bahalaşıb


Qazaxıstanda 2026-cı ilin iyun ayında suyun qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 16,9%, enerji içkilərinin qiyməti isə 19,6% artıb.

Newscenter.az xəbər verir ki, bu barədə Energyprom.kz məlumat verib. Saytın məlumatına görə, alkoqolsuz içkilər 15,6%, digər alkoqolsuz içkilər isə 16% artıb.

Qiymət artımında ən böyük göstərici Pavlodar bölgəsində olub. Bu bölgədə il ərzində suyun qiyməti 29%, alkoqolsuz içkilərin qiyməti 46,6%, digər alkoqolsuz içkilərin qiyməti isə 46,7% artıb.

Suyun qiymət artımına görə sonrakı yerləri Qərbi Qazaxıstan və Türküstan bölgələri tutur. Hər iki bölgədə artım 26,5% təşkil edib.

Süleyman
Xəbəri paylaş