
Özbəkistanda xarici investisiyalı müəssisələrin sayı bir ildə 22,9% artıb.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 1 iyul 2026-cı il tarixinə Özbəkistanda xarici investisiyalı 20 502 müəssisə fəaliyyət göstərir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3817 və ya 22,9% çoxdur.
Bunlardan 4611-i birgə müəssisə, 15 891-i isə xarici müəssisədir.
Birgə müəssisələrin sayına görə Rusiya liderdir. Rusiya kapitalı ilə birgə müəssisələrin sayı 941 olub. Növbəti yerləri 863 ilə Çin və 523 birgə müəssisə ilə Türkiyə tutub.
Süleyman












































