Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq


Sabah Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində təbii qaz təchizatında fasilə yaranacaq.

Newscenter.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən bildirir ki, buna səbəb təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.

Bu səbəbdən Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarının, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Xutor qəsəbəsinin və Vorovski yaşayış massivinin, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrinin qaz təchizatında saat 10:00-dan işlər yekunlaşanadək qısamüddətli fasilə yaranacaq.

Süleyman
Xəbəri paylaş