
"Ukrayna prezidentinin M. Feodorovu müdafiə naziri vəzifəsindən azad etməsi daxili intriqaların nəticəsidir. Müdafiə naziri M. Feodorov bir növ korrupsiyaya qarşı mübarizə və daxili intriqaların qurbanı oldu. Ukraynanın Rusiyaya qarşı artan texnoloji silah üstünlüyünə nail olması və Rusiyanı küncə sıxışdırması vaxtında onun istefaya göndərilməsi suallar yaradır. Məhz M. Feodorovun işinin sayəsində Ukrayna kifayət qədər uğur qazana bilib. Görünür, müharibənin davam etməsinə və Ukraynanın üstünlük qazanmamasına çalışan qüvvələr var".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, müharibənin bütün texnoloji və digər lojistikasını Qərb hayata keçirir:
"Bu logistikanı yüksək səviyyədə idarə etmək və korrupsiyanın qarşısını almaqla Feodorov kifayət qədər nüfuz qazanmışdı. Ukrayna qoşunlarının Baş komandanı Srıski etnik cəhətdən rusdu. General Srıskinin M. Feodorvun üzərində qələbə əldə etdiyini qeyd etmək olar. Çünki, bu intriqa iki şəxs arasında davam edib. General Srıski sistemin adamı və konservativ olaraq mülki şəxsin uğurlu əməliyyat planına razı ola bilməzdi.
V. Zelenskinin müharibədə üstünlük bir şəxsin yox, bütün komandanın işi olduğu vurğulaması diqqət çəkdi. Bununla da V. Zelenski müdafiə nazirinin uğurunu qəbul etmədiyini demiş oldu".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin komandanlığı siyasiləşmiş və korrupsiyalaşmış generalitetdən ibarətdir:
"V. Zelenski ölkəsində korrupsiya və hüquqsuzluğa qarşı mübarizədə zəiflik nümayiş etdirir. Bu istefa Ukrayna qoşunlarının hücum əməliyyatlarına müəyyən təsir edəcək".
Süleyman












































