
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelleqrini azad Şuşada mətbuata birgə bəyanatlarla çıxış edərək iki ölkə arasındakı münasibətləri rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıqlarını bəyan ediblər. Dövlət başçıları Şuşada imzalanan "Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"nin tarixi əhəmiyyətini vurğulayaraq bu sənədin gələcək çoxşaxəli əməkdaşlıq üçün möhkəm hüquqi və siyasi zəmin yaratdığını bildiriblər. Liderlərin mətbuata açıqlamalarında səmimiyyət və qarşılıqlı etimad mühiti ön plana çıxıb, hər iki tərəfin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyi ifadə olunub.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Ülviyyə Bayramlı deyib. O bildirib ki. Prezident İlham Əliyev mətbuata bəyanatında Slovakiya ilə qurulan bu yeni tərəfdaşlığın real və praktiki layihələrə əsaslandığını xüsusi qeyd edib:
"Azərbaycan Lideri iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın qlobal əhəmiyyətinə toxunaraq "Həmrəylik Halqası" (Solidarity Ring) təşəbbüsü çərçivəsində Azərbaycan qazının Slovakiya bazarına və onun infrastrukturu vasitəsilə Avropanın digər nöqtələrinə nəqlinin uğurla davam etdiyini bildirib. Eyni zamanda, müdafiə sənayesi sahəsində çox ciddi və konkret layihələrin icrasına başlanıldığını xatırladan cənab Prezident, Azərbaycanda slovak tərəfdaşlarla birlikdə yeni istehsal sahələrinin yaradılmasının hərbi-texniki əməkdaşlığı tamamilə yeni səviyyəyə qaldıracağını diqqətə çatdırıb".
Anar












































