Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib

"Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib


Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.

Newscenter.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır.

Arzu
Xəbəri paylaş