
Şuşa şəhəri iyulun 13-də dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya gətirən IV Şuşa Qlobal Media Forumuna ev sahibliyi edib. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən forumun açılış mərasimi geniş iştirakla baş tutmuşdur.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Maqsud Süleymanlı deyib. O bildirib ki, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müxtəlif ölkələrdən olan media nümayəndələrinin suallarını cavablandıraraq regional və beynəlxalq gündəmdə olan mühüm məsələlərlə bağlı fikirlərini bölüşmüşdür:
"Ölkə başçısı çıxışı zamanı COP29-un irsinin təkcə bu gün üçün deyil, gələcək bütün COP konfransları və qlobal yaşıl gündəlik üçün də mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Bu yanaşma Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə və dayanıqlı inkişafa verdiyi töhfənin göstəricisidir. COP29 kimi dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən birinə ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının bariz ifadəsidir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşında böyük qürur və fəxr hissi yaradır. Bu uğur Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və qlobal təşəbbüslərdə fəal iştirakına mühüm töhfə verir".
Anar













































