Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyanın Azərbaycanın enerji ehtiyatlarına ehtiyacı var

Almaniyanın Azərbaycanın enerji ehtiyatlarına ehtiyacı var


"Avropanın aparıcı ölkəsi Almaniya kanslerinin Azərbaycan dövlətinin başçısı İlham Əliyevi bu ölkəyə rəsmi səfərə dəvət etməsi ilk növbədə Azərbaycanın artan nüfuzunun göstəricisidir".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O qeyd edib ki, Almaniyanın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olması bu səfəri labüd edir:

"İki ölkə iqtisadi maraqları önə çəkərək siyasi cəhətdən mövcud olan məsələlərin həlli yollarını tapırlar. Azərbaycana investisiyaların cəlb edilməsi məsələsi gündəmdə dayanır.
Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması Azərbaycanın öz regionunda vacib ölkə olduğunu göstərir.
Almaniya kimi dünya iqtisadiyyatının güclü ölkəsinin
indiki enerji böhranı dövründə Azərbaycana artan marağı da təbiidir. Hesab edirəm ki, Almaniyanın da Azərbaycanın enerji ehtiyatlarına ehtiyacı vardır. Azərbaycan isə etibarlı tərəfdaş kimi həm Aİ, həm də Almaniyanın ehtiyaclarını mümkün dərəcədə ödəməyə həmişə hazırdır".

Süleyman
Xəbəri paylaş