
Rusiya və İndoneziya iyulun sonunda "Orruda-2026" birgə dəniz təlimlərinə başlayacaqlar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov məlumat verib.
Diplomat qeyd edib ki, "Orruda-2026" dəniz təlimləri iyulun sonunda keçiriləcək və bu təlimlər Rusiya Hərbi Dəniz Qüvvələri Gününün qeyd olunması ilə bağlıdır. Səfirin sözlərinə görə, təlimlər Vladivostok yaxınlığında keçiriləcək:
"Təlimlərdə İndoneziya hərbi gəmiləri, həmçinin Sakit Okean Donanmasının gəmiləri də iştirak edəcək. Hər şey planlaşdırıldığı kimi gedir və inanıram ki, təlimlər razılaşdırılmış tarixlərdə keçiriləcək".
Anar











































