
Cari ilin yeddi ayında Pzbəkistanda 731,9 min ton avtomobil benzini və 683,4 min ton dizel yanacağı istehsal edilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu rəqəm 2025-ci ilin eyni dövründəki 672,1 min tonla müqayisədə 8,9% artıb. Beləliklə, yeddi ayda avtomobil benzini istehsalı təxminən 60 min ton artıb.
Hesabat dövründə 683,4 min ton dizel yanacağı da istehsal edilib. Ötən ilin yanvar-iyul aylarında bu rəqəm 673,7 min ton olub. Dizel yanacağı istehsalı ildə 1,4% və ya 9,7 min ton artıb.
Nəticədə, yeddi ayda respublikada istehsal olunan avtomobil benzini və dizel yanacağının ümumi həcmi 1,4 milyon tonu keçib. Ümumilikdə, 2026-cı ilin yanvar-iyul aylarında Özbəkistanda sənaye istehsalının həcmi cari qiymətlərlə 795,4 trilyon suma çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çoxdur.
Süleyman












































