Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstandan İstanbula uçuşlar bərpa olunacaq

Qazaxıstandan İstanbula uçuşlar bərpa olunacaq


Qazaxıstanın Aktau şəhərindən Türkiyənin İstanbul şəhərinə uçuşlar bərpa olunacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə FlyArystan aviaşirkəti məlumat yayıb. Bildirilib ki, Aktaudan ilk uçuş 22 oktyabrda həyata keçiriləcək. 27 oktyabrdan etibarən uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri müntəzəm olaraq baş tutacaq.

Daha əvvəl aviaşirkət "Aktau - Yerevan - Aktau" marşrutu üzrə birbaşa uçuşların bərpa olunduğunu elan etmişdi. Ermənistan paytaxtına uçuşlar 16 dekabrdan etibarən həftədə iki dəfə - çərşənbə və cümə günləri həyata keçiriləcək.

Hazırda FlyArystan-ın beynəlxalq reysləri Aktaudan Kutaisi, Bakı, Dubay, Batumi və Urumçiyə həyata keçirilir.

Süleyman
Xəbəri paylaş