
"Türkiyə dünyada sülh və təhlükəsizlik qədər ekoloji mühitinin qorunması, qlobal istiləşmə, ətraf mühitin mühafizəsi kimi məsələlərə də üstünlük verir, bu istiqamətdə fəaliyyətini davam etdirir. Elə COP31-ə evsahibliyi etməyimiz də buna hesablanıb".
Newscenter.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvə görüşündə çıxışı zamanı deyib. Türkiyə lideri çıxışı zamanı ŞƏT-ə üzv ölkələrin liderlərini ölkəsində keçiriləcək COP31-ə dəvət edib:
"Sizləri noyabrın 11-12-də Antalyada keçiriləcək COP31 tədbirində görməkdən məmnun olardıq".
Süleyman












































