Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya səfiri XİN-ə çağırılıb

Rusiya səfiri XİN-ə çağırılıb


Rusiya səfiri Sergey Belyayev Almaniya hökumətinin Leypsiq hava limanında baş verən dron hadisəsində Rusiyanı günahlandırmasından sonra İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat verib. Agentlik xəbər verir ki. səfirliyin Telegram kanalında yayılan açıqlamada rusiyalı diplomat görüşdə dronların Rusiyaya məxsus olduğuna dair heç bir inandırıcı dəlil təqdim olunmadığını vurğulayıb.

Açıqlamada deyilir: "İsveç tərəfi 4 avqustda Almaniyanın Leypsiq hava limanında partlayıcı maddələr daşıyan iddia edilən Rusiya dronlarının aşkarlanması ilə bağlı hadisəyə etirazını bildirib. Səfir öz növbəsində Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Xarici İşlər Nazirliyinin müvafiq açıqlamalarına istinad edərək, PUA-ların Rusiya mənşəli olduğuna dair heç bir inandırıcı dəlil təqdim edilmədiyini vurğulayıb. Bu hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq cəhdi yalnız Almaniyadakı daxili siyasi vəziyyətlə əlaqəli təxribat kimi qiymətləndirilə bilər"

Qeyd edək ki, Almaniya hökuməti Leypsiq/Halle hava limanında baş verən dron hadisəsinə görə rəsmi olaraq Rusiyanı günahlandırıb və əks tədbirlər görəcəyini açıqlayıb. Xüsusilə, sentyabrın 18-də Bonndakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarına gəlib. Digər addımlar arasında Berlindəki Rus Evinin fəaliyyəti ilə bağlı razılaşmanın ləğvi və Rusiya vətəndaşları üçün giriş nəzarətinin sərtləşdirilməsi də var.

Anar
Xəbəri paylaş