Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İranda toy mərasiminə hücumun səbəblərini araşdırır

ABŞ İranda toy mərasiminə hücumun səbəblərini araşdırır


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Sirik şəhərindəki toy mərasimi məkanına endirilən hava hücumunun səbəblərini araşdırır.

Newscenter.az xəbər verir ki, bu barədə NBC News ABŞ rəsmisinə istinadən məlumat yayıb.

"Biz birbaşa hadisə yerində deyilik, ona görə də mütəxəssislərimizə təhlil aparmaq imkanı verməliyik. Əlbəttə ki, nə baş verdiyini bilmədiyimiz üçün bunu öyrənirik", - deyə bildirilib.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirmişdi. Partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir neçə şəhərdə baş verib. Fars xəbər agentliyi Qırmızı Aypara nümayəndəsinə istinadən bildirib ki, ABŞ-ın İranın Sirik şəhərindəki toy məkanına endirdiyi zərbə nəticəsində ən azı 68 nəfər yaralanıb. Onlardan beşi sonradan vəfat edib.

Anar
Xəbəri paylaş