
Papua Yeni Qvineyanın şərqində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri ölkənin paytaxtı Port Moresbidən 278 km şimal-qərbdə olub. Təbii fəlakət təxminən 283 min əhalisi olan ərazidə baş verib. Zəlzələ yerin 65 km dərinliyində qeydə alınıb.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Süleyman












































