Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Kiprdə hökumət krizi

Şimali Kiprdə hökumət krizi



Şimali Kipr Türk Respublikasında (ŞKTR) hökumət krizi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Yenidən Dirçəliş Partiyası Hökumətdən çıxmaq qərarına gəlib.

Belə ki, YDP sədri Erhan Arıklı ictimai işlər və nəqliyyat naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra mətbuat konfransı keçirib.

Arıklı bildirib ki, Baş nazir Ünal Üstel ona telefonla zəng edərək gəmi qəzası ilə bağlı istintaq naminə vəzifəsindən uzaqlaşdırılmalı olduğunu bildirib.

Vəzifəsindən uzaqlaşdırmaq qərarından sonra Arıklı Baş nazir Üstelə minnətdarlığını bildirərək deyib:

"Bu, əslində iki ildir gözlədiyim bir fürsət idi. Baş nazirə mənə bu fürsəti verdiyi üçün təşəkkür edirəm".

Əvvəllər hökumətin seçkilərə getməli olduğunu iddia edən Arıklı, koalisiya daxilində bəzən istefa verməyə yaxınlaşdığını, lakin müxtəlif təkliflər səbəbindən vəzifəsində davam etdiyini qeyd edib.

Girnə sahillərində baş verən gəmi qəzası səbəbindən bu mərhələdə siyasi müzakirə aparmaq istəmədiklərini bildirən Arıklı, itkin düşənlər tapılana qədər hərtərəfli qiymətləndirmə aparmayacağını bildirib.

Süleyman
Xəbəri paylaş