Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Samir Vəliyev vətəndaş qəbulu keçirib

Deputat Samir Vəliyev vətəndaş qəbulu keçirib


Milli Məclisin deputatı Samir Vəliyev sentyabr ayı üçün vətəndaş qəbulu cədvəlinə uyğun olaraq növbəti dəfə qəbul keçirib.

Newscenter.az xəbər verir ki, qəbul YAP Nərimanov rayon təşkilatının inzibati binasında baş tutub.

Millət vəkili seçicilərlə fərdi qaydada görüşərək, onlar tərəfindən ünvanlanan sualları və müraciətləri dinləyib. Qəbul zamanı millət vəkili ilə seçicilər arasında vətəndaşları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qəbul zamanı bir sıra məsələləri yerindəcə həll edilib. Digər məsələlərlə bağlı müvafiq qurumlara müraciət olunacağı vətəndaşların diqqətinə çatdırılıb.

Süleyman
Xəbəri paylaş