
Sentyabrın 1-də Fransanın şərqindəki Luara departamentinin (Saint-Just-Saint-Rambert) meri Olivye Joli pələng ağcaqanadlarının kommunanın üzərindən uçmasını qadağan edən sərəncam imzalayıb.
Newscenter.az xəbər verir ki, bu barədə BFMTV televiziya kanalı məlumat verib .
Kanalın məlumatına görə, temperaturun artması səbəbindən əvvəllər yalnız tropik və subtropik bölgələrdə rast gəlinən pələng ağcaqanadları Fransada sürətlə yayılmağa başlayıb. Bu ağcaqanad növü təhlükəlidir, çünki denq qızdırması da daxil olmaqla bir çox yoluxucu xəstəlikləri ötürür. Həşəratlarla mübarizə aparmaq üçün kommuna meri pələng ağcaqanadlarının Sen-Just-Sen-Rambert üzərindən uçmasını qadağan edən sərəncam verib. Bu tələbə əməl edilmədikdə, həşərat "məsuliyyətə cəlb olunacaq".
BFMTV-nin məlumatına görə, alimlər 2085-ci ilə qədər denq qızdırmasının dağlıq bölgələr istisna olmaqla, demək olar ki, bütün Fransada geniş yayılacağını müəyyən ediblər. Profilaktik tədbir olaraq mer kommuna sakinlərini istifadə olunmayan hovuzları və gölməçələri bağlamağa çağırıb.
Anar













































