
İstanbulda, İŞİD terror təşkilatı ilə əlaqəli olduğu və Türkiyədə terror aktı planlaşdırdığı güman edilən 21 yaşlı Berkan Ç. zərərsizləşdirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Sultanbəylidə keçirilən əməliyyat zamanı həmin şəxs polisə atəş açıb. Polis cavab atəşi açaraq şübhəlini zərərsizləşdirib. Hadisə zamanı həmçinin, bir mülki şəxs yaralanıb.
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin məlumatına görə, Berkan Ç terror cəhdinə hazırlaşırmış.
Araşdırma davam etdirilir.
Anar













































