
Rusiyanın yeraltı qaz anbarları (YQS) qış üçün artıq 90% doludur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Qazprom"un baş direktoru Aleksey Miller bildirib.
"Hazırda Rusiya anbarları artıq 90% doludur. Həmişə olduğu kimi, istilik mövsümünün başlanğıcına qədər onlar mütləq dolu olacaqlar. Həm rusiyalı istehlakçılarımız, həm də belaruslu dostlarımız qarşıdan gələn qışa tam hazırlıq olduğumuza əmin ola bilərlər", - deyə o bildirib.
Miller qeyd edib ki, "Qazprom" bu il yeraltı anbarlardakı əməliyyat qaz ehtiyatlarını 73,296 milyard kubmetrə çatdıracaq ki, bu da Rusiya qaz sənayesi üçün yeni tarixi rekord olacaq.
Anar












































