Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici media üzərindən Azərbaycana qarşı təxribat kampaniyası aparılır

Xarici media üzərindən Azərbaycana qarşı təxribat kampaniyası aparılır


“Azərbaycanın son illərdə Cənubi Qafqazın geosiyasi xəritəsində mühüm mövqeyə sahib çıxması, Qarabağ münaqişəsini həll edərək regionda yeni reallıqlar yaratması, ən əsası Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşması ənənəvi olaraq ölkəmizə qarşı düşmən mövqedə dayanan, zaman-zaman Bakıya qarşı təxribatlara əl atan bir sıra beynəlxalq gücləri, Avropadakı bəzi siyasi təsisatlar və media-QHT şəbəkəsini ciddi narahat etməkdədir. Bütün bunlara kölgə salmaq və müsbət istiqamətlərdə gedən proseslərə əngəl yaratmaq üçün bəzi xarici media resursları üzərindən Azərbaycana qarşı hücumlar başlayıb. Mən deyərdim ki, bu Bakıya qarşı informasiya savaşının yeni mərhələsidir. Düşünürlər ki, buy olla Azərbaycana hansısa formada təsir göstərə bilərlər. Ancaq həmin dairələr yanılırlar. Çünki Azərbaycan heç bir halda heç bir gücün, hansısa siyasi təsisat və xarici media-QHT şəbəkəsinin qarşısında aciz duruma düşəcək, öz qərarlarından, başladığı yoldan geri çəkiləcək dövlət deyil”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Qərb mediasında Azərbaycan əleyhinə əsassız olaraq yazıların dərc edilməsi bunun Bakıya qarşı informasiya savaşı olduğunu deməyə əsas verir:

”Son kampaniyanın əsas nümunələrindən biri sentyabrın 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı yayılan məlumatlardır. Azərbaycanın Medianın İnkişafı Agentliyinin məlumatına görə, Polşada fəaliyyət göstərən NEXTA kanalı hadisə ilə bağlı subyektiv fərziyyələrə əsaslanan və onu dövlətlərarası siyasi münasibətlər kontekstində təqdim edən məlumat yayıb. Agentlik haqlı olaraq bu yanaşmanı dezinformasiya kampaniyasının əlaməti kimi qiymətləndirib”.

Arzuman Muradlı hesab edir ki, bundan sonra da Azərbaycanın beynəlxalq informasiya mühitində daha çox diqqət mərkəzində qalması və təxribat xarakterli məlumatların yayılması ehtimalı yüksəkdir. Politoloq bildirib ki, bunun səbəbi ölkənin Cənubi Qafqazdakı strateji mövqeyi, enerji və nəqliyyat layihələri, Azərbaycan-Ermənistan münasibətləri, regional təhlükəsizlik məsələləri və müxtəlif qlobal güclərlə münasibətləridir.

Süleyman
Xəbəri paylaş